Cəmil Həsənliyə qatşı kəskin etirazlar
09:44 10-10-2015
CƏMİYYƏT
Milli Şura sədrinin yanaşması Azərbaycan xalqının iradəsinə böhtan atmaqdan başqa heç nə deyil
Milli Şura sədri Cəmil Həsənli "Milli Məclisə deputat seçiləcək" şəxslərin adını açıqlayıb. Adları Cəmil Həsənlinin tərtib etdiyi "siyahı"da yer alan şəxslər MŞ sədrinə etirazlarını bildirərək onu qeyri-peşəkarlıqda ittiham ediblər.
Məsələ münasibət bildirən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov hesab edir ki, seçkinin üzərinə kölgə salmağa çalışan Cəmil Həsənli bu addımı ilə heç nəyə nail ola bilməyəcək: "Səsvermə noyabrın 1-dədir. Seçicilər hansı namizədə səsə verəcəklərsə, o da Milli Məclisə deputat seçiləcək. Cəmil Həsənli bu qədər bilicidirsə, namizədliyini verib mübarizə aparardı".
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə Cəmil Həsənliyə sual ünvanlayıb. "Bu adam öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır. O demişdi ki, deputat mandatı ya satılır, ya da peşkəş edilir. Ona sual verdim ki, sənə kim deputat mandatını peşkəş edib və ya kimdən satın almısan. Kişiliyi çatmadı deməyə. İndi nə olub kişiləşib?".
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə hesab edir ki, Cəmil Həsənlinin bu yanaşması onun yaşına, başına və daşıdığı elmi ada yaraşmır: "Nəticələri müəyyən edən Azərbaycan xalqının iradəsidir. Ona görə də Cəmil Həsənlinin bu fikirləri Azərbaycan xalqının iradəsinə böhtan atmaqdan başqa heç nə deyil. Onun özü vaxtilə deputat seçilib.
Məsələyə onun məntiqi ilə yanaşsaq belə çıxır ki, Cəmil Həsənli özünün dediyi kimi seçilən deputatlardandır. Hesab edirəm ki, bu və bunun kimi fikirlərin heç bir əsası yoxdur. Ona görə də belə cəfəng fikirləri ictimai rəyə gətirmək siyasətlə məşğul olan ziyalıya yaraşmaz.
Bu gün ölkədə siyasi partiyalar arasında münasibətlər və onların cəmiyyətdə yeri, rolu var. Hər bir siyasi partiya cəmiyyətdə tutduğu yerə görə seçkidə konkret nəticələr əldə edir. Cəmil Həsənlinin yaydığı siyahıda əsas yeri Yeni Azərbaycan Partiyası tutur ki, bu partiya seçkinin favoritidir". - deyə F. Ağamalı vurğulayıb.
Elvin
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18