Bahar Muradova: "Biz onlarsız milyonları qazana bilmərik"
08:44 15-10-2015
CƏMİYYƏT
"Hesab edirəım ki, ölkədə yeni istehsalat sahələri açmağa, yeni layihələri maliyyələşdirməyə ehtiyac yoxdur. Bunun üçün dövlət büdcəsində nəzərdə tutulan həmin vəsaitlər problemli kreditlər səbəbindən bağlanan qurumların problemli kreditlərinin həllinə yönəldilə bilər".
Bu fikirləri "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. B.Muradova hökumətə bir sıra suallar da ünvanlayıb: "Hər il hökumət tərəfindən sahibkarlığın inkişfı üçün müəyyən vəsaitlər ayrıılır, yeni subyektlər yaradılır, yeni layihələr maliyyələşdirilir. Regionlarda isə çoxlu sayda obyektlər açılır və bir neçə aydan sonra bir-birinin ardınca bağlanır. Arqument kimi manatın məzənəsi, neftin qiyməti, dünyada gedən proseslər göstərilir. Bu, ümumi səbəblərdir. Amma burada başqa səbəblər də var.
Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə yardımçı olmaq üçün onların uçotu aparılmalıdır. Belə etmək olmazmı ki zamanında yaranmış müəyyən texniki maddi imkanları, kadr potensialı, avadanlıqları olan bağlanmış subyektlərin fəaliyyəti davam etdirilsin? Həmin obyektlərin fəaliyyətinin davam etdirilməsi üçün müəyyən işlər görülsün? Hesab edirəm ki, yeni istehsalat sahələri yaratmağa ehtiyac yoxdur. Sahibkarlığa yardım istiqamətində dövlət büdcəsində nəzərdə tutulan vəsaiti elə həmin qurumların verdiyi problemli kreditlərin xilas olmasına yönəldə bilmərikmi? Bununla həm işçilərin iş yerləri qorunub saxlanar, bağlanmış iş yerləri açılar, buraxılmış səhvlər təhlil edilər, etibarlı dövlət biznes qurumlarının münasibətləri formalaşa bilər."
"Orta təbəqə mövcud olmadan biz milyonları nə qazana, nə də qoruyub saxlaya bilərik. Ona görə də kiçik və orta sahibkarlığın inkişafı üçün kreditləşmə prosesini sürətləndirmək lazımdır. Mövcud durumda daha az vəsait qoymaqla daha ciddi nəticələr əldə etmək üçün yollar aranmalıdır" – deyə vitse spiker qeyd edib.
Elvin
Digər Xəbərlər
2024-10-31 21:29:55
2024-10-31 19:54:39
2024-10-31 19:30:56
2024-10-31 19:07:34
2024-10-31 19:05:00
2024-10-31 18:29:37
2024-10-31 18:16:27
2024-10-31 17:37:34
2024-10-31 17:21:00
2024-10-31 16:11:00
2024-10-31 15:25:00
2024-10-31 15:05:00
2024-10-31 14:52:28
2024-10-31 14:33:20
2024-10-31 14:27:27
2024-10-31 14:24:00
2024-10-31 14:20:51
2024-10-31 14:13:00
2024-10-31 14:03:59