Aqiyə Naxçıvanlıdan önəmli təkliflər
08:47 15-10-2015
CƏMİYYƏT
Deputat sosial qayğıya ehtiyacı olanlara yardım edilməsinin məqsədəuyğun olduğunu hesab edir
"Müzakirəyə çıxarılan Dövlət Büdcəsi bir daha göstərdi ki, qlobal böhranlara baxmayaraq, ölkəmizin davamlı, sistemli və düzgün düşünülmüş iqtisadi siyasət nəticəsində bütün sahələrdə uğurlar əldə etməsi müsbət dinamikadan xəbər verir".
Bu fikirləri Milli Məclisin dünənki iclasında çıxışında deputat Aqiyə Naxçıvanlı səsləndirib. O bildirib ki, əldə olunan bütün uğurlar möhtərəm prezidentin yürütdüyü siyasətlə bağlıdır: "2016-cı ilin büdcəsi barədə hökmət tərəfindən təqdim olunan zərf toplusu büdcə sənədlərinin geniş, reallığa söykənmiş, analitik təhlilindən xəbər verir. Məndən əvvəl səslənən müsbət fikirlərə qoşularaq büdcənin təsdiq olunmasına səs verəcəm. Bu sənədin hazırlanmasında əməyi olanların fəaliyyəti yüksək qiymətə layiqdir".
Aqiyə Naxçıvanlı bir neçə təklif də irəli sürüb: "2016-cı ildə maliyyə çətinliklərinin olmasını indidən nəzərə alaraq, iqtisadiyyatımızın geniş inkişaf etməsi ilə yanaşı, təbii fəlakətlər, texnogen proseslər və digər amillər müəyyən ziyanlar vurur. Belə fəsadların aradan qaldırılmasına müəyyən vaxt tələb olunur. Bununla bağlı ziyan çəkmiş sahələr üzrə iş prosesinin normal hala salınması üçün rayon büdcələrinə müəyyən məbləğdə vəsaitin ayrılmasına ehtiyac var. Oğuz rayonunun Padar kəndində 460 yerli məktəb zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb. Orada təhsilin davam etdirilməsi mümkün deyil. Əlaqədar qurumların nümayəndələri tərəfindən operativ baxış keçirilib, sənədlər hazırlanıb Nazirlər Kabinetinə təqdim olunsa da, indiyə qədər heç bir tədbir görülməyib".
Deputat onu da nəzərə çatdırıb ki, son illərdə sosial yönümlü sahələrə lazımi vəsaitlər ayrılıb. Onun sözlərinə görə, məcburi köçkünlərə, şəhid ailələrinə, əlillərə mənzillər verilib: "Ancaq rayonlarda anasız və atasız böyüyən, anadangəlmə və sonradan qazanılan əlilliyi olan uşaqlar, imkansız ailələrin uşaqları iş qurarkən, ailə qurarkən çox böyük çətinliklərlə üzləşirlər. Bu insanlara yardım edilməsi üçün müxtəlif fondların yaradılması, büdcədən müəyyən vəsaitlərin ayrılması məqsədəuyğun olar. Eyni zamanda, onlara güzəştli şərtlərlə torpaq sahələrinin ayrılması da reallaşdırıla bilər".
A.Naxçıvanlı onu da qeyd edib ki, Oğuzun qazlaşdırılması istiqamətində də ciddi addımlar atılır. Onun sözlərinə görə, meşələrin qırılmasının qarşısını almaq üçün insanlara istilik təminatı üçün qazlaşmanın sürətlənməsi vacibdir.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18