Rövnəq Abdullayevə yaxın şirkətdə fəhlələr etiraza qalxdı
08:49 15-10-2015
CƏMİYYƏT
Neftçilərə 400 manat verən vitse-prezidentin maaşı 18 min imiş!
"Qarasu oil" şirkətinin fəhlələri yenə etiraz aksiyası keçiriblər. Neftçilərin verdikləri məlumata görə, dünən səhər saat 07:00 da fəhlələrin etiraz aksiyası keçirmələrinə əsas səbəb "Qarasu oil" şirkətinin vitse-prezidenti İslam Ovçuyevin neftçilərin yemək pullarını və bayram pullarını kəsməsi olub. Bunun dünyada neftin qiymətinin düşməsi ilə əlaqəli olduğunu deyən şirkət rəhbərliyi nədənsə öz əmək haqlarında endirim etməyib.
Neftçilərin sözlərinə görə, İslam Ovçuyev özü 18 min manat əməkhaqqı aldığı halda fəhlələr 400-500 manat əmək haqqı alırlar: "Ağır şəraitdə işləyən biz, komfortlu kabinetdə oturan İslam Ovçuyev kimilər isə şah kimi yaşayırlar. "Qarasu oil"da ədalətsizliyin başında vitse-prezident İslam Ovçuyev dayanır. Əslən gürcüstanlı olan İslam Ovçuyev fəhlələri hədələyərək qorxudur, "etiraz aksiyası keçirsəniz, sizi işdən qovdurub həbs etdirərəm" deyir".
Neftçilər deyirlər ki, İslam Ovçuyev "Qarasu oil"dan uzaqlaşdırılmayana qədər burada normal, ədalətli mühüt formalaşmayacaq.
Fəhlələrin dediyinə görə, tələbləri yerinə yetirilmədiyi təqdirdə etiraz aksiyasını davam etdirəcəklər.
Bildirək ki, "Qarasu oil" şirkəti Bakıda neft biznesinə on milyonlarla sərmayə qoymuş inquş əsilli milyarder Mixail Qutseriyevə məxsusdur. "Qarasu oil" Azərbaycanda haqqında ən çox şikayətlərin edildiyi, narazılıqların bildirildiyi neft şirkətlərinin başında gəlir.
"Unikal"ın araşdırması nəticəsində məlum olub ki, İslam Ovçuyevin ARDNŞ prezidenti Rövnəq Abdullayevlə yaxın münasibətləri var. Elə bu səbəbdən də əmək qanunvericiliyinin tələblərinə və ekoloji məsələlərə qeyri-həssas münasibəti ilə ad çıxaran "Qarasu oil" rəhbərliyi barəsindəki ittihamları, tənqidləri laqeyd qarşılamaqdadır.
Əldə etdiyimiz məlumatda həmçinin vurğulanır ki, İslam Ovçuyevdən fəhlələr sonuncu dəfə Bakıda keçirilən I Avropa Oyunları vaxtı şikayətləniblər. Həmin vaxt da maaş problemi ilə üzləşən "Qarasu oril" işçilərinə vitse-prezident bildirib ki, bunun kökündə məhz Avropa Oyunları dayanır.
O zaman İslam Ovçuyevin ARDNŞ-ə çağrılıb danlandığına dair məlumatlar yayılsa da, fəhlələr vitse-prezidentin Dövlət Neft Şirkətində güclü himayədarı olması səbəbindən neftçiləri incitməyə davam edir.
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18