Adil Əliyevdən Hüseyn Abdullayevə layiqli cavab
12:10 15-10-2015
CƏMİYYƏT
Deputat: «Mən başqaları kimi dünən hakimiyyəti, bu gün müxalifəti dəstəkləyənlərdən deyiləm, 180 dərəcə dönüklük əqidəli insanların işi deyil»
Milli Məclisin deputatı Adil Əliyev hazırda Almaniyada mühacirətdə olan keçmiş deputat Hüseyn Abdullayvelə bağlı kəskin mövqeyini açıqlayı.
Unikal.org-un məlumatına görə, Adil Əliyev bu barədə sosial şəbəkədəki rəsmi hesabında yazıb: «Deyəsən, apardığım uğurlu seçki kampaniyam müxaliflərimin sayını artırır. Bundan çəkinmirəm. Demək düz yoldayam. İndi də mənə qarşı keçmiş millət vəkili Hüseyn Abdullayevi danışdırıblar. Bugünlərdə məndən müsahibə götürən jurnalistlərdən biri Hüseyn Abdullayevin vaxtilə millət vəkiliyindən uzaqlaşdırılmasıyla bağlı sual verib, cavabımda həmin olayla bağlı öz düşüncələrimi bölüşmüşəm. İstəyən "Qaynar Qazan" layihəsinin ikinci hissəsində yayınlanan müsahibəmi bir daha nəzərdən keçirə bilər. İndi Hüseyn Abdullayev guya özlüyündə mənə cavab verib, "nala-mıxa vurduğumu" deyib. Doğrusu bu adda şəxsi unutmuşdum, çünki çoxdandır xəbəri də gəlmir, yenə Azərbaycanda olanla mahnıdan-zaddan bəstələyirdi, adını ara-sıra kliplərdən eşidirdik, indi onu da yadırğayıb, yəqin Almaniyada "ilham pərisi" qeybə çəkilib. Hüseyn Abdullayev, mən Sənin təbirincə desək, "nala-mıxa vurmuram". Səndən fərqli olaraq bir yerə vururam. Bəli, mən prezidentimiz İlham Əliyevin siyasi kursunu dəstəkləyirəm və bu kursa da sadiqəm. Mən başqaları kimi dünən hakimiyyəti, bu gün müxalifəti dəstəkləyənlərdən deyiləm. 180 dərəcə dönüklük əqidəli insanların işi deyil. Hakimiyyəti bəyənməyən mübarizəsini vətənində aparar. Uzaq Avropada məskən salıb ona buna mesaj göndərməkdən mənasız iş yoxdur, bəlkə də heç başqa işi də yoxdur...».
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18