Etibar Məmmədov AMİP sədrliyinə namizəd olmayacaq
12:37 17-10-2015
CƏMİYYƏT
Etibar Məmmədov AMİP sədrliyinə namizəd olmayacaq
Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının qurultayında namizəd kimi iştirak etməyəcək.
Bunu AzNews.az-a açıqlamasında partiya sədrinin səlahiyyətlərini icra edən Arzuxan Əlizadə bildirib. Onun sözlərinə görə, E.Məmmədov partiya başqanlığından daha böyük statusa malikdir: "Etibar Məmmədov partiyanın lideridir". A.Əlizadə AMİP sədri uğrunda gedən mübarizəyə qatılacaqsınızmı sualını belə cavablandırıb: "Partiyanın Mərkəzi Şurası qurultayın çağırılması və günü barədə qərar verəcək. Mən sədrliyə namizəd olmaq barədə qərarımı bundan sonra açıqlayacağam".
Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə istefa verib. Partiya yeni başqan seçimi ilə əlaqədar noyabr ayında özünün növbəti qurultayını keçirəcək.
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18