Əflatun Amaşov Saatlıda seçiciləri ilə görüşüb
11:22 20-10-2015
CƏMİYYƏT
Azərbaycan Respublikasının Milli Məclisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşov seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsindəki növbəti görüşlərini oktyabrın 16-da Saatlı rayonunun Sımada, Mircəlal, Soltanabad, Şirinbəyli və Qara Nuru kəndlərində keçirib.
Görüşlərdə sözügedən kəndlərin ağsaqqalları, tanınmış şəxsləri, gəncləri ilə yanaşı, veteran jurnalist Məzahir Süleymanzadə, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «Olaylar» qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev və Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri Seymur Verdizadə də iştirak edib.
Jurnalist həmkarları çıxışlarında deputatlığa namizəd Əflatun Amaşovun Azərbaycan Mətbuat Şurasının sədri kimi fəalliyyətinin səmərəli cəhətlərindən bəhs ediblər. Əflatun Amaşov 1 noyabr parlament seçkisinin ölkənin həyatında mühüm ictimai-siyasi hadisə olduğunu vurğulayıb. O bildirib ki, hər bir vətəndaş seçkiyə getməklə həm özünün vətəndaşlıq borcunu yerinə yetirir, təməl hüququndan istifadə edir, həm də ümumən prosesin reallaşmasına öz töhfəsini verməklə xaricdəki bəzi anti-milli qüvvələrin ölkəmizlə bağlı planlarını heçə endirir. «Əlbəttə, seçkidə kimə səs vermək məsələsi də son dərəcə önəmlidir. Ali qanunverici orqanın fəaliyyət mütəhərrikliyi xalqın onu necə formalaşdırmasına bağlıdır. Unutmayın ki, səsiniz qarşıdakı beş il üçün Azərbaycanın dünyaya hayqıran səsidir. Bu səs müxtəlif problemlərinizin aradan qaldırılması naminə eşidilən səsdir.
Ə.Amaşov bildirib ki, XX əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin 24-cü ilini yaşayan Azərbaycan Respublikası özünü dayanıqlı, oturuşmuş dövlət idarəçiliyi mexanizmi kimi təsdiqləməyi bacarıb. Lakin hesab edirəm ki, bundan sonra görüləcək işlər indiyədək həyata keçirilmiş tədbirlərin təkcə sürət meyarına adekvat olmamalı, eyni zamanda yeni siyasi-iqtisadi və sosial şərtlərin tələblərini əks etdirən daha çevik keyfiyyət daşımalı, ictimai rəyin gözləntilərini zamanında doğrultmalıdır. "Qanunların qəbulunda prinsipial məqam vətəndaşların dövlətə etimadının qorunmasına əsaslanılmadır.
Bu proses ölkənin demokratik imicini möhkəmləndirməli, beynəlxalq nüfuzunu hər hansı şəkildə şübhələndirməməli, əlavə diskussiyalara yol açmayacaq qədər mükəmməl olmalıdır. Sizlərin səsini qazana biləcəyim təqdirdə deputat kimi fəaliyyətim buna əsaslanacaq. Digər tərəfdən hesab edirəm ki, vətəndaş güclü olmadan ölkə də güclü ola bilməz. Mirasımız, milli mənlik simvolumuz olan dövlətimizi güclü etmək üçün vətəndaşımızı güclü etməli, onu ən adi məişət qayğıları ilə yüklənməkdən azad etməliyik. Kəndli nə istəyir? Su istəyir ki, məhsulunu satıb həyat şəraitini yaxşılaşdırsın.
Mən bölgənin problemlərinə kifayət qədər bələdəm. Hesab edirəm ki, Saatlı rayonuna ölkənin ümumi iqtisadi inkişafından düşən payın daha da artırılmasına nail olmalıyıq. Ümumən görüləcək işlər çoxdur. İndiyədək görülən işlərin miqyası da böyükdür. Düşünürəm ki, siz əgər mənə etimad göstərsəniz, məni öz deputatınız kimi görmək istəsəniz, bizləri qarşıda işgüzar beş illik gözləyəcək. Hesab edirəm ki, bu müddət nümunəvi zaman kəsiyi olacaq", - deyən Ə.Amaşov seçicilərin layiqli seçim edəcəklərinə inamını ifadə edib.
Elvin
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18