Beynəlxalq Bankın departament direktorunu kim himayə edir?
11:26 20-10-2015
CƏMİYYƏT
Adı kredit qalmaqalında hallanan Azad Məmmədovla bağlı qəti qərar verilə bilər
Beynəlxalq Bankdan təxminən 6,5 milyard dollar kreditin mənimsənilməsinə görə başlanmış həbslərə ara verilsə də, problem hələ də qalmaqdadır.
Belə ki, məsələ bir qədər səngisə də, araşdırma davam etdirilir. Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra Cahangir Hacıyevin gündəmə gəlməsi kredit qalmaqalının yenidən aktuallaşmasına rəvac verib. Maraqlıdır ki, C.Hacıyevin əsasən son üç ildə maliyyə maxinasiyalarını hədsiz dərəcədə artırdığı üzə çıxıb. Bundan əlavə, sabiq bankirin yüksək məbləğdə kredit buraxdığı iş adamlarından böyük həcmdə "şapka" aldığına dair məlumatlar da var. Elə bu səbəbdən də məsələnin üzərinə gediləcəyi qaçılmazdır. Artıq C.Hacıyevi müdafiə edəcək qudasının olmadığını da nəzərə alsaq, o zaman Beynəlxaq Bankla bağlı detallı araşdırmanın aparılacağı şübhəsizdir."Unikal"a daxil olan məlumata görə, artıq Beynəlxalq Bankın digər vəzifəli şəxslərinin də adı araşdırmalara daxil edilib. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, Beynəlxalq Bankın Daxili audit departamentinin direktoru Azad Məmmədovun da adı hallanır. "Azad Məmmədov qalmaqallı kreditlərlə bağlı araşdırma apararkən müəyyən qanunsuzluqlara yol verib. Ona görə də onun bu fəaliyyətinə görə araşdırma aparılıb. Amma məsələ ondadır ki, Azad Məmmədovu nazir müavinlərindən biri yüksək səviyyədə qoruyur. Bu səbəbdən də hələlik onunla bağı qəti tədbir görülmür. Amma məsələ daha yüksək səviyyəyə çıxarılsa, Azad Məmmədovun himayədarı da ona kömək edə bilməyəcək", - deyə musahibimiz əlavə edib.
Elvin
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18