Elton Məmmədov sahibkarları ayağa qaldırıb
12:20 21-10-2015
CƏMİYYƏT
Deputat Bakı Beynəlxalq Avtovağzalında sahibkarlara qanunsuz satdığı yerin pulunu qaytarmaq istəmir
Bakı Beynəlxalq Avtovağzalında fəaliyyət göstərən sahibkarlar etiraz etməyə hazırlaşırlar. Bu barədə unikal.org-a sahibkarlardan biri məlumat verib.
O bildirib ki, yüzlərlə sahibkar qanusuz bölgünün qurbanı olub: «Avtovağzaldakı ticarət mərkəzi fəaliyyətə başlayanda Elton Məmmədovun sağ əli sayılan və pul yığımı prosesini həyata keçirən Əli yanğın təhlükəsizliyi üçün nəzərdə tutulan ara yerləri də biznesmenlərə satdı. Bəzilərini isə icarəyə verdi. Amma yeni rəhbərlik gələn kimi qanunun tələblərinə əsaslanaraq, həmin obyektləri sökür. Biz isə bir ətək pul verib obyekt düzəltmişik. Məsələ odur ki, illərdir ki, bizə obyektimizin qanunsuz olduğunu deməyiblər. Əgər qanunsuz idisə, Elton Məmmədov və adımı Əli niyə bu yerləri bizə satırdı? Ona görə də biz pulumuzu tələb edirik. Amma indii nə Əli var, nə də Elton Məmmədov. Əgər qısa müddətdə pulumuzu geri qaytarmasalar, etiraza başlayacağıq. Cənab prezident sahibkarlara şərait yaradılması üçün hər şeyi edir, amma Elton Məmədov və adamları pulumuzu mənimsəyib aradan çıxmağa çalışır».
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18