Səlim Müslümov BMT İnkişaf Proqramının rəsmisi ilə görüşüb
10:56 22-10-2015
CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Olivier Adamla görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə makroiqtisadi sabitliyin və dinamik tərəqqinin təmin olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nailiyyətləri barədə O.Adama ətraflı məlumat verib: "Təsadüfi deyil ki, dünyada kəskin böhran səbəbindən bir çox ölkələrin iqtisadi geriləmələrə məruz qaldığı dövrdə Azərbaycan maktoiqtisadi inkişafını uğurla davam etdirir. Cari ilin 9 ayında ölkədə ÜDM 3,7 faiz, qeyri-neft sektoru üzrə 6,4 faiz, əhalinin pul gəlirləri isə 5,8 faiz artıb, inflyasiya 3,7 faiz olub".
Nazir 2004-cü ildən bəri 1,4 milyonadək, təkcə bu ilin 9 ayında 87 min iş yerinin açıldığı ölkəmizdə işsizliyin 5 faizədək, yoxsulluğun isə qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizədək azaldığını bildirib. Əmək və sosial müdafiə sahəsində aparılan islahat barədə məlumat verən S.Müslümov hazırda 70 illiyi dünyada geniş qeyd edilən BMT-nin müvafiq qurumları ilə fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edib: "Belə təşkilatlardan biri olan BMT İnkişaf Proqramı ilə birgə müvafiq layihə çərçivəsində son illərdə Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaradılan SYSLAB Təlim Tədris Mərkəzlərində işsiz və iş axtaran vətəndaşların innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının təkmilləşməsinə, onların əmək bazarına inteqrasiyasına yönələn təlimlər aparılıb".
Nazir bu və digər müvafiq iş sahələrində, habelə inkluziv əmək bazarının inkişafı sahəsində əməkdaşlığın davam etməsinin əhəmiyyətli ola biləcəyini vurğulayıb.
O. Adam BMT İnkişaf Proqramının ötən müddətdə Azərbaycanla uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını vurğulayıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə aparılan işlərin vacib məqsədlərə yönəldiyini qeyd edən O. Adam müsbət nəticələr verən bu işlərin davam etdirilməsinə tərəfdar olduğunu bildirib.
Görüşdə gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.
H.İsgəndərov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18