Seçki günü rabitə qurumlarında növbəli iş rejimi tətbiq olunacaq
10:59 22-10-2015
CƏMİYYƏT
Əli Abbasov: "Veb-kameraları kiber-hücumlardan qorunmaq üçün lazımi sistem qurulub"
Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq həyata keçirilib.
MSK sədri Məzahir Pənahov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mərkəzi ziyarət edib, seçki prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə bağlı ölkə prezidentinin sərəncamına uyğun olaraq görülmüş işlərlə tanış olublar. Veb-kameraların quraşdırılmasında iştirak edən mütəxəssislər bildiriblər ki, noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb. Məqsəd seçki prosesində şəffaflığın təmin edilməsidir.
MSK-nın İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov səsvermə günü təmsil etdiyi qurumun üzərinə düşən vəzifələr haqda danışaraq görülən işlər barədə məlumat verib: "Ümumilikdə 5415 açıq və qapalı məntəqənin tam telefonlaşması təmin edilib, 124 dairə optik xətlərlə təchiz olunub, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Naxçıvanda 35 məntəqədə veb-kameralar qurulub. Əsasən müşahidəçilərin getməsi çətin olan ucqar, dağ kəndlərindəki məntəqələrində veb-kameralar var. Artıq xüsusi proqram yükləmədən istənilən yerdən internetə qoşulmuş kompüterlə MSK-nın rəsmi saytından veb-kameralar qoyulmuş məntəqələri izləmək olar. Kiber-hücumlardan qorunmaq üçün müvafiq işlər görülüb, hər hansı təhlükə olmayacağına əminik. Ehtiyat enerji qurğuları da təmin olunub. Kameralar olan dairələr dizel avadanlıqlarla da təchiz edilib ki, elektrik təchizatında problem yaranarsa, dərhal aradan qaldırıla bilsin. Seçki günü optik xətlərdə hər hansı qazıntı ilə əlaqədar qırılma olmaması üçün yerli icra hakimiyyəti orqanları müvafiq işlər aparacaqlar. Rabitə qurumlarında səhər saat 6:00-dan səslər sayılana qədər növbəli iş rejimi tətbiq olunacaq".
"Səsvermə günü kiber-hücumlardan müdafiə olunmaq və veb-kameraları qorumaq üçün üçqat ehtiyatlanma sistemi qurulub". Bunu Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, ehtiyac yaranarsa, səsvermə günü veb-kameralara müdaxilələrin qarşısının alınması üçün kənar tərəfdaşların da köməyindən istifadə oluna bilər.
Toğrul
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18