"Azərişıq" 10 illik fəaliyyət planı hazırlayıb
11:01 22-10-2015
CƏMİYYƏT
Baba Rzayev: "Elektrik şəbəkələrinin yenidən qurulması, elektrik enerjisinə olan tələbatın ödənilməsinə, rayonların elektrik təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq"
"Azərişıq" ASC 2015-2025-ci illəri əhatə edən fəaliyyət planı hazırlayıb. "Unikal"ın məlumatına görə, cəmiyyətin sədri Baba Rzayev "Respublika" qəzetində dərc olunan məqaləsində bildirib ki, qarşıdakı on il üçün elektrik enerjisinə olan tələbatın proqnozu çıxarılıb və artan dinamika müəyyənləşdirilib: "2015-ci ildən 2025-ci ilə qədər Azərbaycanda elektrik enerjisinə olan tələbat 7 000 MVt-dan 10 000 MVt-a qədər artacağı proqnozlaşdırılır. Regionların elektrik enerjisinə olan tələbatın ödənilməsi və perspektivdə (2020-ci ilə qədər) yaranacaq elektrik yüklərinin qarşılanması üçün mövcud paylayıcı elektrik şəbəkələrinin təmirini və bərpasını, eləcə də yük mərkəzlərində yeni qida mənbələrinin - 35 və 110 kV-luq yarımstansiyaların tikintisini, yeni elektrik verilişi xətlərinin çəkilişini aktuallaşdırıb".
B.Rzayev bildirib ki, regionlarda perspektiv və mövcud yükləri nəzərə almaqla 20 ədəd 110 kV-luq, 70 ədəd 35 kV-luq yarımstansiyaların yenidən qurulması və inşası, müxtəlif gücdə 4749 ədəd KTM-nin quraşdırılması, 110; 35; 10; 6 və 0.4 kV-luq elektrik verilişi xətlərinin tikintisi aparılmalıdır: "Tədqiq olunan ərazilərdə nəzərdə tutulan elektrik şəbəkələrinin yenidən qurulması, elektrik enerjisinə olan tələbatın ödənilməsinə, rayonların elektrik təchizatının yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azaldımasına, şəbəkələrdəki texniki itkilərin minimuma çatdırılmasına imkan yaradacaq".
B. Rzayev deyib ki, ölkə ərazisində "Azərişıq" ASC-yə məxsus, yeni təhvil alınan 74 ədəd 110 kV-luq yarımstansiyalardan 12%-i (9 ədəd),406 ədəd 35 kV-luq yarımstansiyalardan isə 5 %-i (20 ədəd), ümumi uzunluğu 105 min km təşkil edən 35;10;6 və 0.4 Kv-luq elektrik veriliş xətlərinin 10%-i (10 min km) yenidən qurulub: "Paylayıcı elektrik şəbəkələrində aparılacaq təmir, bərpa və yenidənqurma işləri "Azərişıq" ASC-nin 7 RETSİ üzrə nəzərdə tutulub. Fəaliyyət planında qeyd olunan obyektlərin tikintisi və yenidənqurma işləri 5 il ərzində həyata keçirilməsi planlaşdırılıb. Hazırda 4 ərazidə yarımstansiyaların tikintisi yekunlaşıb. İlk olaraq 35 kilovoltluq Fatmayi, Xaçmaz, Sarıqaya və Gəncədəki Nizami yarımstansiyaları inşa edilib istifadəyə verilib".
"Azərişıq" ASC xüsusi təyinatlı avtomobillərinin sayını iki dəfəyədək artıracaq. Baba Rzayevin "Respublika" qəzetində dərc olunan məqaləsində bildirir ki, işin səmərəli təşkili üçün "Azərişıq" tərəfindən mobil avadanlıqlarla təchiz olunmuş 120 ədəddən yuxarı xüsusi təyinatlı avtomobillər alınıb və bütün regional idarələrə paylanılıb. Onun sözlərinə görə, xarici ölkə istehsalı olan yüksək keyfiyyətli avtomobillərlə istənilən qəza vəziyyətini qısa müddətdə aradan qaldırmaq mümkün olacaq: "Bu tip avtomobillərin sayının, tələbata uyğun olaraq, 200-dən yuxarı artırılması da nəzərdə tutulub".
E.Rüstəmov
Digər Xəbərlər
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59