Məhbuslar azadlığa buraxılır
11:52 05-06-2012
İQTİSADİYYAT
Məhbuslar azadlığa buraxılır
Amma beynəlxalq təzyiqlərə görə yox
Siyasi məhbus mövzusu yenidən gündəmdədir. Bu dəfə beynəlxalq təşkilatların hansısa tələblərinə görə yox, gənc fəal Bəxtiyar Hacıyev azadlığa buraxılması ilə. Bu haqda qərarı Ali Məhkəmənin hakimi Əli Seyfəliyev iyunun 4-də verib. O, Bəxtiyar Hacıyevin Bakı Apelyasiya Məhkəməsindən olan şikayətini təmin edib.Və cəzasının başa çatmasına 9 ay qalmış şərti olaraq azadlığa buraxılması haqda qərar verib.
Bəxtiyar Hacıyev özü məhkəmə iclasında iştirak etməyib. "Biz bu xəbərə qismən sevinirik. Çünki vicdan məhbuslarından hələ də içəridə olan var". Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev belə deyib.
"Əlbəttə bu qərara münasibətim müsbətdir. Çünki oğlanı heç nədən qazamatda saxlayırdılar". Hüquq müdafiəçisi Leyla Yunus Bəxtiyar Hacıyevin azad edilməsini belə dəyərləndirir.
Sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınmaqda ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Amma beynəlxalq qurumlar və gənc fəal özü siyasi baxışlarına görə həbs edildiyini bildirirdi. Bunun davamı olaraq hüquq müdafiəçisi Səidə Qocamanlı açıqlama verərək bildirib ki, digər siyasi məhbuslarında azad olunması üçün işlər görülür. Güman edilir ki, azad olunanların içində Müsavat partiyasının aparat rəhbəri Arif Hacılıda olacaq. Maraqlıdır, nədən beynəlxalq təzyiqlərin pik zamanında siyasi məhbusların azad olunması prosesi baş vermədi,amma hazırda bu proseslər həyata keçirilir?
Qeyd edək ki, "Eurovision" Mahnı müsabiqəsindən öncə məhbusların azadlığa buraxılması ilə bağlı hakimiyyət dairələrində müəyyən məsləhətləşmələrə start verilmişdi və demək olar ki, əksər rəy bundan ibarət idi ki, barış ruhunu yaratmaq üçün məhbuslar azadlığa buraxılsın. Amma hakim düşərgə bu prosesə başlamağa macal tapmamış, bəzi qərb beyin mərkəzləri tamam başqa addıma əl atdılar. Ölkədə siyasi vəziyyəti daha da gərginləşdirmək, iqtidar-müxalifət münasibətlərini sərtləşdirmək əsas məqsəd oldu. Çox maraqlıdır ki, bu məsələ də müxalifət də həmin qüvvələrin yanında oldu. Bunun məntiqi davamı olaraq müxalifət icazəsiz aksiyalara start verdi, qərb mətbuatı və bəzi beynəlxalq təşkilatlar isə Azərbaycana təzyiqi gözlənilmədən artırdılar. Bununla da hesab edildi ki, hakimiyyət daha zəif hala düşəcək və Avropa Azərbaycandan istədiyini ala biləcək. Söhbət söz azadlığı və demokratiyadan getmir. Amma hakimiyyət yaranmış şəraiti daha düzgün dəyərləndirə bildi. Yəni həmin vaxt vicdan məhbusları azadlığa çıxardısa bə hakimiyyətin dostluq mesajı kimi yox, zəifliyi kimi dəyərləndiriləcək və bundan sonra həmin güclər növbəti mərhələyə start verəcəkdilər. Bu mərhələ də isə durum daha gərgin olacaqdı. Bunu ən azı Avropa parlamentinin hazırladığı hesabatdan da görmək olar. Hesabatın mahiyyətində duran tək bir məsələ var ki, buda odur ki, Azərbaycan az qala Afrika ölkələrindən də pis durumda təsvir olunur. Hakimiyyət isə bu basqıları dəyərləndirərək prosesləri öz istədiyi şəkildə istiqamətləndirmək qərarını verdi. Əslində bu qərar kifayətm qədər təhlükəli qərar idi. Çünki Avropadan Azərbaycana olan basqılar, İran tərəfinin daha da sərtləşməsi, bununla yanaşı "Eurovision" mahnı Müsabiqəsinin pozulmasına olan cəhdlərin üst-üstə düşdüyü bir məqamda Azərbaycanın heç bir güzəşt olmadan, hucum diplomatiyasına üstünlük verməsi sözsüz ki, təhlükəli idi. Amma sübut olundu ki, hakimiyyət tutduğu mövqedə yanlışlığa yol verməyibmiş. Bəs bundan sonra nələr baş verəcək? Sözsüz ki, hakimiyyət vicdan məhbuslarını azadlığa buraxacaq. Bununla yanaşı artıq müxalifəti bağışlamaq niyəyrtində də olmayacaq və daha sərt addımlar atıla bilinər. Sözsüz ki, qanunvericilik çərçivəsində. Bununla yanaşı həm də daxili islahatlara daha çox yer ayıracaq. Çünki bu gün ətraf mühitlə münasibətlər gərgindirsə hakimiyyət daxili sabitliyi təmin etməklə balansı qoruyub saxlayacaq. Bu baxımdan kadr islahatlarına daha ciddi yanaşmanın olacağı proqnozlaşdırılır. Ekspertlər hesab edir ki, bu gün Avropa ikinci təzyiq raunduna başlamaq üçün lazımi zamanı gözləyir. Bu zaman isə 2013-cü il prezident seçkiləri zamanı başlaya bilər. Bu isə o deməkdir ki, hakimiyyətin kifayət qədər vaxtı var və bu vaxtdan istifadə edərək ölkə daxilində aqressiyanın azaldılması, korrupsiyaya qarşı mübarizəni daha səmərəli həyata keçirtməyə, əhalinin sosial narazılığını aradan qaldırmağa imkan tapacaq. Bununla paralel olaraq hesab edilir ki, Azərbaycan lobbiçilik fəaliyyəti məsələsinə də yenidən baxmalıdır.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40