Zakir
Sumqayıtın yeni icra başçısı Zakir Fərəcov şəhərə gəldiyi ilk gündən təhsil və səhiyyə idarələrinə xüsusi nəzarət edir. O, gözlənilmədən uşaq bağçalarına, məktəblərə və səhiyyə ocaqlarını təftişə gedir və buradakı vəziyyətlə yaxından tanış olur.

İcra başçısı məktəbəqədər təhsil müəssisələrinin təmiri və istliklə tam təmin edilməsi üçün göstərişlər verib və bu işlər tamamlanmaq üzrədir. Eyni zamanda uşaq bağçalarına azyaşlıların pulla götürülməsini də qadağan edib.
Bundan sevinən şəhər əhalisi isə 100-200 manat vermədən uşaqlarını tələsik bağçaya yerləşdirirlər.

Zakir Fərəcovun bu günlərdə Sumqayıt məktəblərinə də yoxlanışlara getdiyi bildirilir.
modern.az