Rəsul Quliyevdən "yazıçı" olmaq həvəsi
11:59 05-06-2012
SİYASƏT
Rəsul Quliyevdən "yazıçı" olmaq həvəsi
Sabiq spiker "siyasi meyit"dən "ədəbi meyitə" çevrilmək eşqinə düşüb
Hazırda Amerikada mühacirətdə olan eks-spiker Rəsul Quliyevin Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq üçün müraciət etməsi barədə xəbər yayılıb. Bu məlumatı hərçənd nə AYB, nə də sabiq spikerin nəzarətində olan Azpolitika.com saytı təsdiqləmir. Hər iki tərəf deyir ki, Quliyev belə bir addım atmayıb.
Xatırladaq ki, eks-spiker artıq bir müddətdir ki, "Rəsul Bayram" imzası ilə ədəbi mühitə qatılıb. Daha çox siyasi fəaliyyəti ilə tanınan Rəsul Quliyev "Axına qarşı" (2010), "Qarabağ: Müqavimətsizlikdən doğan faciə (I kitab, 2011), "Həqiqətin qiyməti" (2011) romanlarının müəllifidir.
Doğrusu, sabiq spikerin baməzə olduğunu bilirdik. Amma bu qədərini də yox. Özünü gah siyasətdə, gah da ədəbiyyatda sınamaq istəyən Rəsul Quliyev hələlik siyasətdə heç bir uğur qazana bilməyib. Bir zamanlar parlamentə başçılıq etməsi isə tamam təsadüfi bir olay idi ki, onun da ömrü iki ildən artıq çəkmədi.
Görünür, keçmiş spiker ədəbiyyat sahəsinə də girişərək, özünü burada sınamaq fikrinə düşüb. Hərçənd ədəbiyyatın siyasətdən fərqli cəhətləri çoxdur. Siyasət hər nə qədər qeyri-səmimiliyi sevsə də, ədəbiyyat bunu qəbul etmir. Oxucu isə daha samballı, daha maraqlı və əhatəli əsərləri oxumaqda maraqlıdır. Rəsul Quliyev isə Amerikada 10 ildən artıq yaşamasına baxmayaraq, hələ də "bədbaxtlar" ifadəsindən qurtula bilmir.
Eyni zamanda, 3 kitab yazmaqla özünü ədəbiyyatçı saymaq və ya roman müəllifi hesab etmək də gülməlidir. Rəsul Quliyevin yazıçı olmaq, siyasətçi kimi fəaliyyət göstərmək, daha digər iddialarla çıxış etməsi həm onun hərdəmxəyallığından xəbər verir, həm də nə etmək istədiyini bilməməyindən. Məlum olan budur ki, sabiq spiker özünə yeni məcara axtarır. Və həmin məcaranı da hələlik ədəbiyyatda tapıb. Ancaq onun da aqibətinin siyasətdəki fəaliyyəti kimi olacağı şübhəsizdir. Çünki hər nə qədər düşüncəli olsa belə, onun yetərli istedad sahibi olmadığı göz qabağındadır. Həmçinin onun yazdıqları ilə müasir yazıçıların yazdıqları arasında yerlə göy qədər fərqlər var.
"Siyasi meyit" statusu almış sabiq spikerin ədəbiyyatda da "ədəbi meyid" dərəcəsi alması isə çox gülməli olardı.
Cavid
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53