Oliqarxların Azərbaycana 3,5 milyard dollarlıq zərəri
11:51 27-11-2015
İQTİSADİYYAT
Hər il bu qədər pulu niyə xaricilərə veririk?
Regionda və dünyada baş verən proseslər Azərbayanda turizm sektoruna da təsirini göstərəcək. Turizm sektorunun nümayəndələri bildirir ki, bu sahəyə diqqət artırılsa, ölkəmiz neft gəlirləri ilə müqayisə olunacaq qədər böyük vəsaitlərə qənaət edər, üstəlik xaricdən böyük turist axınını təmin edə bilər. Son günlər Azərbaycanla qonşu ölkələrdə baş verən hadisələr bu yəqinliyi daha da artırıb.
İndi qalıb, bu imknalardan faydalanmaq. Azərbaycanda turizm sektorunun perspektivləri və yaradılan imkanlar barədə suallara cavab verən turizm sektorunun ən fəal nümaynədələrindən olan "R&R Travel" şirkətinin rəhbəri Rüstəm Əhmədovun sözlərinə görə, turizm yeganə sahədir ki, iqtidadiyyatda fəqli yeri vardır və məhz fərqli yanaşma tələb edir: "Misal üçün, bu gün Azərbaycanın iqtisadiiyyatının demək olar ki bütün sahələri üzrə məhz ixrac yönümlü siyasət aparmaq lazım olduğu halda, turizm sənayesi idxal yönümlü siyasət tələb edir. Çünki başqa sahələrlə müqayisədə aydın görmək olar ki, xarici valyutanın ölkəyə axınını təmin etmək üçün mütləq turizmin idxal hissəsi sayıla biləcək, daxili turizm bazarını daha yüksək sürətlə inkişaf etdirilməli və xarici turistlərin Azərbayacana axını sürətləndirilməlidir.
İndi hökumətin əsas prioritetlərindən biri yeni iş yerlərinin açılmasıdır. Bu mənada turizm sektorunun inkişafı yeni iş yerlərinin açılması prosesinə nə qədər ciddi təsir edə bilər? Bu suala cavabda R. Əhmədov deyib ki, hazırda dünyada baş verən iqtisadi proseslər, neftin qiyməti ilə bağlı müşahidə olunan vəziyyət hökuməti turizm sahəsinə yenidən və daha ciddi baxmağa sövq edir: "Məlum olduğu kimi, dünənə qədər ölkəmiz daha çox neft məhsullarının ixracından gəlir əldə edirdi. Bu gün isə prioritet qeyri-neft sahələrinə, ən əsası isə turizm sektoruna verilməlidir. Çünki məhz bu sahədə imkanlar var işsizlik minimum kapitalla aradan qaldırılsın. Təsəvvür edin: ölkəmizə gələn 1 turistə 10-a yaxın adam xidmət göstərir. Bunlar nəqliyyat sektorunda taksi, gəmi, yaxtalardan istifadə, içtimai iaşə yerlərində aşbaz, ofisiant və s. xidmətçilər, otellərdə müxtəlif işçilər, eyni zamanda bələdçilər, kongres turizmində təşkilatçı şirkətlərin nümayəndələri, adi kənd evlərindəki sadə vətəndaşlar, dükan və mağaza işçiləri, bərbərlər, əczaçılar və s-dir. Gördüyünüz kimi, ölkəmizə gələn hər 1 turist minimum bir əlavə iş yeri deməkdir".
Azərbaycan turizm sektorundakı müəyyən problemlər üzündən hər il milyardlarla dollar itirir. Neftin kəskin ucuzlaşması və Azərbaycanın gəlirlərinin ciddi azalması fonunda xaricilərə verdiyimiz həmin milyardlarla dolların əhəmiyyətini daha yaxşı anlamaq mümkündür.
Ekspertlər də hesab edir ki, Azərbaycanda turizm sektorunda nizam-intizam yaradılarsa, ölkənin sözügedən sahədən qazancı inanılmaz məbləğdə arta bilər. Bu sırada xüsusilə oliqarxların turizmdə də inhisarçı mövqelərə malik olmasını göstərmək olar. Heç kim şübhə etmir ki, ölkədəki aparıcı istirahət mərkəzlərinin, otellərin əhəmiyyətli hissəsi məmur-oliqarxlara məxsusdur. Onların bu sektordakı üstün mövqeləri qiymətlərin baha olmasından tutmuş keyfiyyətli xidmətədək bir sıra problemlərə yol açır.
Ekspertlər düşünürlər ki, Azərbaycanı turizm sarıdan cəzbedici və sərfəli ölkə halına gətirmək üçün ilk atılmalı olan addımlardan biri məhz bu sahədə oliqarx hegemoniyasına son qoymaqdır. Buna nail olunacağı təqdirdə ölkəmizin hər il turizm sektorundan milyadlarla dollar qazanması heç də xam-xəyal olmayacaqdır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05