Bakıda 10 milyonu alıb aradan çıxan MTK rəhbəri haqqında şok iddialar
11:58 28-11-2015
İQTİSADİYYAT
Onu hansı məmur(lar) himayə ediblər?
Hündürmərtəbəli binaların bəzilərinin hələ də təhvil verilməməsi məsələsi gündəmdədir. Yasamal rayonunda 7 ildir təhvil verilməyən binanın sakinləri də bir araya gələrək bu istiqamətdə narazılıqlarını dilə gətiriblər. Bundan başqa, mənzilləri bir neçə nəfərə satılan vətəndaşlarla MTK nümayəndələri arasında mübahisə düşüb.
Mübahisəyə səbəb "Yeni Yasamal" Mənzil Tikinti Koorperativinə (MTK) məxsus binanın hələ də sakinlərə təhvil verilməməsidir.
Sakinlər deyir ki, 250 mənzilli bu binadan ev alanların demək olar ki, hamısı aldanıb. Tikinti şirkətinin təsisçisi Cahangir Alışovla bağlanan müqaviləyə əsasən bina tam hazır olaraq 2008-ci ildə təhvil verilməli imiş.
Təhvil verilməli olduğu müddətdən bu günə buradan mənzil almaq istəyənlərdə olub ki, onlar da indi aldadıldıqlarını idda edir. Deyirlər ki, burada 22 mənzil - 2 hətta 3 ayrı-ayrı şəxslərə satılıb.
Sakinlərin verdiyi məlumata görə, onlar gəlməmişdən öncə MTK nümayəndələri onların bura yığılmasına mane olmaq da istəyiblər.
Deyirlər ki, ümumilikdə 250 ev sahibi MTK rəhbərinə 10 milyon manat pul ödəyib. İndi isə heç tikintisi tamamlanmayan binaya daxil olmağa belə icazə verilmir. Hətta bu ilin əvvəlində MTK rəhbərliyi tərəfindən söz verilib ki, mənzillər may ayında təhvil veriləcək.
Bundan başqa, hətta elə sakinlər də var ki, onlar mənzili əvvəlki sahibindən alıb. Ancaq sonradan məlum olub ki, müqavilədə saxtakarlığa yol verilib.
Ümumiyyətlə, burada binanın pilləkənlərində dəmir hasar qoyulub ki, yuxarı mərtəbələrə çıxmaq mümkün olmasın.
Məsələ ilə bağlı MTK rəhbəri Cahangir Alışovla əlaqə saxlamaq mümkün olmayıb.
Hüquqşünas Tahir Əlirzayev isə bildirib ki, sakinlərin əlində hüquqi sənəd olan müqavilə varsa, onlar məhkəməyə müraciət etməlidir.
"Unikal" onu da qeyd etməyi vacib bilir ki, Bakıda və ümumiyyətlə, Azərbaycan reallığında hansısa yüksəkmərtəbəli binanın inşası məmur himayəçiliyi olmadan qeyri-real görünür. İndi onlarca sakinin narazılığına səbəb olan "Yeni Yasamal" MTK rəhbərinin də müəyyən məmur və ya məmurlarla gizli işbirliyi istisna edilməməlidir.
Onu da bildirək ki, ölkədə MTK-lar tərəfindən aldadılan vətəndaşların sayı azalmaq bilmir. Hökumətin bu məsələdə daha çox həssaslıq nümayiş etdirməsi və mənzil tikinti kooperativlərinin əhalini müxtəlif formalarda aldatmasının qarşısını almaq yönündə konkret təsirli addımlar atması vacibdir.
Sonda isə ümid edək ki, "Yeni Yasamal" MTK rəhbərliyinin vətəndaşların ittihamlarına veriləcək dəqiq cavabları var. Əks halda bu şirkət rəhbərliyinin də aqibəti bir çox başqa MTK rəhbərlərinin taleyindən fərqlənməyə bilər. Söhbət xüsusilə qanunsuz əməllərinə hüquqi qiymətin verildiyi və hazırda cəza çəkən tikinti şirkətlərinin başçılarından gedir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05