Daxili Qoşunların komandanı: "Nardaranda keçirilən xüsusi əməliyyat davam etdirilir"
01:05 02-12-2015
CƏMİYYƏT
"Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat davam etdirilir".
Bunu AzTV-yə açıqlamasında Daxili Qoşunların komandanı Şahin Məmmədov bildirib.
O, Nardaran qəsəbəsində ictimai asayişin, təhlükəsizliyin təmin olunması istiqamətində bütün tədbirlərin icra ediləcəyini deyib.
"Nardaran qəsəbəsində baş vermiş məlum hadisələrlə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Daxili İşlər Nazirinin müvafiq əmrinə əsasən, xüsusi əməliyyatın keçirilməsi üçün tədbirlər planı hazırlanıb və həmin tədbirlər planının icrasının təmin edilməsi məqsədilə polis orqanlarının, o cümlədən Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyat tədbirlərinin keçirilməsinə başlayıb. Xüsusi əməliyyat tədbirləri bu gün səhər saatlarında başlayıb və gün ərzində uğurla davam etdirilib. Xüsusi əməliyyat tədbirləri müvafiq göstərişin icrası tam təmin olunana qədər davam etdiriləcək. Nardaran qəsəbəsində ictimai asayişin, təhlükəsizliyin təmin olunması istiqamətində bütün tədbirlərin icrası təmin olunacaq", deyə Şahin Məmmədov qeyd edib.
Şahin Məmmədov bütün hallarda əməliyyata cəlb edilən şəxsi heyət qəflətən qarşıya çıxa biləcək tapşırıqların icrasına hazır olduğunu da vurğulayıb: "Qəsəbənin ərazisinə giriş-çıxış, buraxılış rejiminə vətəndaşlarımız tərəfindən də riayət olunur, o cümlədən müvafiq qurumların cəlb olunması ilə xüsusi əməliyyatların keçirilməsi davam etdirilir".
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18