Parlamentin

Milli Məclisin bütün komitələrinin üzvləri məlum oldu

Dünən Milli Məclisin plenar iclası başlayıb. İclasda Milli Məclisin İntizam komissyiası təşkil ediləcək, Hesablayıcı komissiyanın tərkibində dəyişiklik edilib. İclasda eyni zamanda Milli Məclisin komitə sədrlərinin müavinləri və komitələrin üzvləri seçiliblər.
"Bütün beynəlxalq qurumlar Azərbaycanda keçirilən parlament seçkilərini azad və ədalətli seçkilər kimi qiymətləndirib. Avropa Şurası Parlament Assambleyası da seçkilərə yüksək qiymət verib". Bunu Milli Məclisin ilk plenar iclasının açılışında sədr Oqtay Əsədov deyib. O, bu gün deputat vəsiqələrinin paylanacağını bildirib və bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova söz verib. M.Pənahov azad və ədalətli seçkilərin keçirilməsi üçün ilk şərtin siyasi stabillik olduğunu söyləyib. MSK sədri seçkilərin şəffaf olması üçün veb-kameraların tətbiqinin də mühüm addım olduğunu vurğulayıb. O, Milli Məclisdə çoxlu sayda partiyaların üzvlərinin təmsil olunduğuna diqqət çəkib və bütün deputatları təbrik edib. Daha sonra deputatlara vəsiqələri paylanıb.
Milli Məclisin bütün komitələrinin üzvləri müəyyənləşib. Əhliman Əmiraslanovun sədri olduğu Səhiyyə komitəsinə deputatlar Məlahət İbrahimqızı, Kəmaləddin Qafarov, Rəşad Mahmudov və Rafiq Məmmədhəsənov seçilib.
Aqiyə Naxçıvanlının sədri olduğu Ailə, qadın və uşaq məsələləri komitəsinə deputatlar Dilarə Cəbrayılova, Sona Əliyeva, Sədaqət Vəliyeva, Siyavuş Novruzovun sədri olduğu İctimai birliklər və dini qurumlar komitəsinə deputatlar Nizami Cəfərov, Nəriman Əliyev, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, Fuad Muradovun sədri olduğu Gənclər və idman komitəsinə deputatlar Naqif Həmzəyev, Elşad Həsənov, Sevinc Hüseynova və Şahin İsmayılov seçilib.
Səməd Seyidovun sədri olduğu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə deputatlar Mehriban Əliyeva, Asim Mollazadə, Azər Kərimli, Cavanşir Feyziyev, Elxan Süleymanov, Qənirə Paşayeva, Rasim Musabəyov, Sahib Alıyev, Müslüm Məmmədov, Nəsib Məhəməliyev üzv seçilib.
Əli Hüseynlinin sədri olduğu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə deputatlar Azay Quliyev, Vüsal Hüseynov, Elşən Musayev, Fəzail Ağamalı, Madər Musayev, Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Rövşən Rzayev, Sabir Hacıyev, Çingiz Qənizadə, Ülvi Quliyev üzv seçilib.
Ziyafət Əsgərovun sədri olduğu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə deputatlar Adil Əliyev, Aqil Abbasov, Bəxtiyar Sadıqov, Elman Məmmədov, Fərəc Quliyev, Hacı Salayev, Zahid Orucov, Əliağa Hüseynov üzv seçilib.
Ziyad Səmədzadənin sədri olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə deputatlar Mahir Abbaszadə, Aydın Hüseynov, Ağalar Vəliyev, Cavid Qurbanov, Rüfət Quliyev, Səttar Möhbalıyev, Vahid Əhmədov, Xanhüseyn Kazımlı, İlham Əliyev, Əli Məsimli, Əsabil Qasımov, Tahir Mirkişili üzv seçilib.
Valeh Ələsgərovun sədri olduğu Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinə deputatlar Mirkazım Kazımov, Muxtar Babayev, Rövnəq Abdullayev, Mirzəcan Xəlilov, Mixail Zabelin üzv seçilib.
Eldar İbrahimovun sədri olduğu Aqrar siyasət komitəsinə deputatlar Mahir Aslanov, Elçin Quliyev, Hüseynbala Mirələmov, Novruzəli Aslanov, Tahir Süleymanov, İqbal Məmmədov, Eldəniz Səlimov üzv seçilib.
Hadi Rəcəblinin sədri olduğu Əmək və sosial siyasət komitəsinə deputatlar Elmira Axundova, Araz Əlizadə, Yaqub Mahmudov, Aytən Mustafayeva, İlham Məmmədov üzv seçilib.
Arif Rəhimzadənin sədri olduğu Regional məsələlər komitəsinə deputatlar Azər Badamov, Kamran Bayramov, Malik Həsənov, Fəzail İbrahimli, Rüstəm Xəlilov, Tahir Rzayev üzv seçilib.
İsa Həbibbəylinin sədri olduğu Elm və təhsil komitəsinə deputatlar Ağacan Abıyev, Şəmsəddin Hacıyev, Pərvin Kərimzadə, Musa Qasımlı, Gövhər Baxşəliyeva, Kamilə Əliyeva üzv seçilib.
Rafael Hüseynovun sədri olduğu Mədəniyyət komitəsinə deputatlar Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva, Zeynəb Xanlarova, İmamverdi İsmayılov üzv seçilib.
Bahar Muradovanın sədri olduğu İnsan hüquqları komitəsinə deputatlar Əflatun Amaşov, Tahir Kərimli, Astan Şahverdiyev, Fazil Mustafa, Flora Qasımova, Hikmət Məmmədov, Elman Nəsirov üzv seçilib.
V çağırış Milli Məclisin İntizam komissiyası formalaşdırılıb. Milli Məclisin İntizam komissiyasına Ağacan Əbiyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə üzv seçiliblər. Milli Məclisin iclasında İsa Həbibbəyli Elm və təhsil komitəsinin sədri seçilməsi ilə əlaqədar Milli Məclisin Hesablayıcı komissiyasının tərkibindən çıxarılıb, Fəttah Heydərov Hesablayıcı komissiyanın üzvü seçilib.
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb. Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında növbəti plenar iclasın dekabrın 4-də olacağını bildirib. İclasın gündəliyi barədə əlavə məlumat veriləcək.
Hüseyn İsgəndərov