Bakıda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb.Qəsəbə sakini, 22 yaşlı Nəcibə Elxan qızı Amoyeva yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.