Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şahin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında məhkəməyə təqsirləndirilən şəxsin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Təqsirləndirilən şəxsin vəkili çıxış edərək müdafiə etdiyi şəxs barəsində yüngül cəza verilməsini istəyib. Təqsirləndirilən şəxs son sözlə çıxış edib. Məhkəmənin hökmü ilə Şahin Əsgərov 8 il 11 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Şahin Əsgərov bundan əvvəllər iki dəfə dələduzluq cinayət əməli ilə həbs edilib. Bu dəfə o yenidən vətəndaşları işə düzəltmə adıyla 6 min manat pul alıb. Ona Cinayət Məcəlləsinin 178(dələduzluq) maddəsi ilə ittiham verilib.