Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsinə yeni rəis təyin edilib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə 6-cı Polis Bölməsinin rəisi Rəşad Əhmədzadə tutduğu vəzifədən azad edilərək 8-ci Polis Bölməsinə rəis təyin edilib. R.Əhmədzadənin yerinə hələlik təyinat yoxdur.
6-cı Polis Bölməsi rəisinin vəzifəsini müavin Ramin Cəbrayılov icra edir.
Qeyd edək ki, bir neçə gün əvvəl 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov Yasamal Rayon Polis İdarəsi 29-cu bölməsinin rəisi təyin edilib.
Onu da qeyd edək ki, V. Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, onun yerinə təyin edilən Rəşad Əhmədzadə isə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu və Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur.