Daxili İşlər Nazirliyi (DİN) Bakıda sexdə baş vermiş partlayışla bağlı məlumat yayıb.
Unikal.org nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də saat 03 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Bakı şəhər sakini Azər Kərimova məxsus "Golden Water MMC-nin "Lider-Cola" istehsalat sexində quraşdırılmış, içərisində karbon qazı olan 4 tonluq dəmir çən partlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, sexin 1500-2000 kvadrat metr ərazisi, hasarı dağılıb, inzibati binanın və yaxınlıqdakı 3 evin şüşələri sınıb, dam örtükləri yararsız hala düşüb.