Biləsuvarda intihar hadisəsi baş verib.
"Reportun Aran bürosunun məlumatına görə, hadisə günorta saatlarında Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan 60 yaşlı Əsgərova soyadlı qadın evin arxasındakı su çənindən özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.