Şabran ərazisində yerləşən Xaltan qəbirstanlığında yanğın başlayıb.

Yanğın Taxtalar kənd ərazisinin biçilmiş əkin sahəsində başalyıb və qəbirstanlığa keçib.

Yanğın nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Şabran rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

20 hektar sahəni əhatə edən yanğın hazırda davam edir.

Əraziyə əlavə yanğınsöndürən maşınlarının gətiriləcəyi gözlənilir.