Şabran rayonunda qəbirstanlıqda başlayan yanğın genişlənməyə başlayıb. 
Unikal.org "Reporta istinadən xəbər verir ki, əraziyə Şabran yanğından mühafizə xidmətinin 4, həmçinin Siyəzəndən və Qubadan yanğınsöndürən maşınlar cəlb olunublar.
Yanğın Şabranın Dağbilici kənd ərazisinə keçib. Ətraf əraziləri bürüyən yanğının söndürülməsinə kənd sakinləri də qoşulublar.
Hazırda yanğınsöndürənlər alovun yaxınlıqda yerləşən Şabran meşəsinə keçməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirirlər.
İlkin ehtimallara görə, Şabran ərazisində yerləşən Xaltan qəbirstanlığında başlayan yanğına səbəb həmin qəbirstanlığı ziyarət edənlərin əraziyə atdığı siqaret kötükləri olub. Qəbirstanlıqda 300-ə yaxın qəbir var, bir sıra qəbirlərə ziyan dəyib, bütün ağacların gövdəsi yanıb.