Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qobustan rayonu, Bakı-Şamaxı yolunun 86-cı kilometrliyində vətəndaşlara məxsus 2 ədəd "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.
Unikal.org-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalmış 7 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil verib.