Türkiyədə yerləşən restorana silahlı hücum olub, ölən və yaralanan var.
Unikal.org Türkiyə KİV-nə istinadən məlumat verir ki, hadisə Türkiyənin Diyarbəkir şəhərində qeydə alınıb.
Təzə şəhər əyalətində restoranlardan birinə əlində silah olan bir naməlum daxil olub və atəş açmağa başlayıb. Nəticədə bir nəfər ölüb, üç nəfər isə yaralanıb.
Şahidlərin sözlərinə görə, restoranda yemək yedikdən sonra hesaba etiraz edən müştərilərlə restoran əməkdaşları arasında mübahisə yaşanıb. Mübahisə daha sonra dava ilə nəticələnib. Daha sonra müştərilər hesabı ödəmədən restorandan çıxıb gediblər.
Bir neçə saatdan sonra restorana əli silahli biri hücum edib və atəş açmağa başlayıb.
Silahlı hücum nəticəsində restoran sahiblərindən olan 35 yaşlı Əli Akkurak həyatını itirib. Yaralanan digər üç nəfər isə Eyyübi Dövlət və Veteran Yaşargil Təhsil və Araşdırma xəstəxanasına çatdırılıblar.
Hazırda şübhəlilərin tutulması üçün iş başlanılıb.