Aparıcı Bill O Reyli Fox News telekanalında ABŞ prezidenti Barak Obamanın müsəlman geyimində olduğu gənclik şəkillərini paylaşıb.

Unikal.org Virtualaz.org-a istinadən bildirir ki, məlumatı "Express nəşri yayıb.

Bildirilir ki, şəkillər ötən əsrin 90-cı illərinin sonunda Merilenddə onun ögey qardaşının toyunda çəkilib.

Aparıcı qeyd edib ki, "Obamanın islamla dərin emosional bağlılığı var.

Bununla belə, Bill O Reyli onu da qeyd edib ki, keçirilən tədbirin detalları barədə danışmaq çətindir.

Virtualaz.org