Avropa Komissiyasının mütəxəssisləri Ermənistan Atom Elektrik Stansiyasının riskləri və təhlükəsizliyinə dair milli hesabatının qiymətləndirilməsini başa çatdırıblar.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Yerevanda Avropa İttifaqının nümayəndə heyəti bildirib.
Ermənistan hökuməti yanında Nüvə Təhlükəsizliyinin Nizamlanması üzrə Dövlət Komitəsi ekspert rəyi almaq üçün 2015-ci ilin avqustunda Ermənistan Atom Elektrik Stansiyasının stress-testinə dair hesabatı Avropa Komissiyasının Energetika üzrə Baş Direktorluğuna təqdim edib.
"Ekspert qiymətləndirilməsi 21-22 iyun tarixində Ermənistanda keçirilib. On nəfərdən ibarət qrupun tərkibində Avropa Nüvə Təhlükəsizliyinin Nizamlanması Qrupundan (ENSREG) 8 nəfər, Avropa Komissiyasından isə 2 nəfər olub, - deyə məlumatda bildirilir.