Ağstafa Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunub.
Unikal.org "Reporta istinadən məlumat verir ki, Yaşar Sakit oğlu Nuriyev Ağstafa Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Bakı şəhərində dəmiryol nəqliyyatı polis İdarəsinə təyinat alıb.
Rayon Polis Şöbəsindən faktı "Report"a təsdiq etdilər.
Qeyd edək ki, Yaşar Nuriyev 2014-cü ildə Ağstafa Rayon Polis Şöbəsinin rəisi təyin edilmişdi.