Ermənistan Silahlı Qüvvələri 2-ci ordu korpusunun komandiri, general-mayor Poqos Poqosyan Müdafiə Nazirliyi Silahlanma İdarəsinin rəisi təyin olunub.

Unikal.org Virtualaz.org-a istinadən bildirir ki, prezident Serj Sarkisyan bu barədə müvafiq sərəncam imzalayıb.

S.Sarkisyanın başqa bir sərəncamı ilə 3-cü ordu korpusunun komandiri, general-mayor Onik Qasparyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin olunub.

Ermənistan prezidenti 4-cü ordu korpusunun komandiri, general-mayor Andranik Markaryanın da yerini dəyişib. Bundan sonra o, Ermənistan-Rusiya Birləşmiş Hərbi Qrupuna komandanlıq edəcək.