Vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmədə təqsirləndirilərək 14 il azadlıqdan məhrum edilən, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Unikal.org bildirir ki, bu barədə Trend-ə V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib.
Vəkil bildirib ki, şikayətdə sabiq nazirə bəraət istənilib. Sənəd bu gün Naxçıvan Apellyasiya Məhkəməsinə təqdim edilib.
V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmək) maddələri ilə ittiham olunub.
Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.