Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Maştağa qəsəbəsinin "Savalan yeni yaşayış massivində qeydə alınıb.
Orada yaşayan Azər Məmmədov özünü evin tavanından elektrik naqili ilə asaraq intihar edib.
O, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şıxmahmud kəndində qeydiyyatda olub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci "özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.