ABŞ prezidenti Bark Obama iyulun 8-də Avropa İttifaqı liderləri ilə Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdirilməsini müzakirə edib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods jurnalistlərə açıqlamasında bildirib.
"Onlar Rusiyaya qarşı sanksiyaların tətbiqinin davam etdirilməsinin vacibliyini təsdiqləyiblər. Liderlər Rusiyanın Minsk razılaşmasından irəli gələn öhdəliklərini yerinə yetirməsini də dəstəkləyiblər", - deyə Ben Rods vurğulayıb.
Qeyd edək ki, Krımı ilhaq etdiyi və Ukraynanın şərqindəki terrorçuları dəstəklədiyi üçün Avropa İttifaqına üzv dövlətlər və ABŞ Rusiyaya qarşı sanksiya tətbiq ediblər.