İmişli sakinini elektrik cərəyanı vurub öldürüb. 
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Sərxanlı kəndində 1935-ci il təvəllüdlü Abbasov Fəqan Məhəmməd oğlu evində işləyərkən, onu elektrik cərəyanın vurub. F. Abbasov hadisə yerində ölüb.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə göndərilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.