Bu gün Suriyanın Palmira şəhəri yaxınlığında İŞİD terrorçuları Rusiya ordusuna məxsus Mi-25 vertolyotunu vurublar.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, nəticədə iki pilot həlak olub.
Nazirlikdən bildiriblər ki, iyulun 8-də İŞİD Palmiranın şərq hissəsində Suriya qoşunlarının mövqelərinə hücum edib.
Müdafiəni yararaq, terrorçular hakim yüksəklikləri ələ keçirə biliblər.
Həlak olan pilotlar Rəfaqət Habibulin və Yevgeni Dolgindir.