Türkiyənin baş naziri 15 iyul hərbi çevrilişə cəhd zamanı insanları küçələrə daşıyan yük avtomobildə sürücülük edən çarşablı və yanında oturan modern bir qadın onu çox kövrəltdiyini deyib.
Unikal.org xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım vurğulayıb ki, mətbuatda həmin hadisələr günü bu şəkil mənim çox diqqətimi çəkdi:
"Bir fotoşəkil gördüm və çox təsirləndim. Çarşablı bir xanım və yanında başı açıq müasir geyimli bir xanım yan-yana gedirlər. İnsanları hərbiçərin qarşısını almağa vadar edirlər. Türkiyəni birləşdirən fotoşəkil bu. Bu gözlərindən damlaların düşməsinə səbəb olan fotoğraftır. Bu millət bunu 15 iyul gecəsi bir daha ölkələrinə bağlılığını göstərdilər".
Binəli Yıldırım vurğulayıb ki, hərbi çevriliş cəhdi nəticəsində 208 şəhidimiz var: "Bunlardan 60-ı polis, 3-ü hərbçi, 145-i isə mülki qəhrəmanlardır. O, yaralıların sayının 1491 nəfər olduğunu söyləyib. Çevrilişə cəhd edənlərdən isə 24-ü öldürülüb, 50-si yaralanıb. Saxlanılan şəxslərin sayı 7543-dir".