AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, millət vəkili Səttar Mehbalıyev Türkiyə "Kamu-Sen" Konfederasiyasının sədri İsmayıl Koncuka, Türkiyə Devrimçi Sendikaları Konfederasiyasının sədri Kani Bekoya, Avrasiya Kənd Qida Sendikasının sədri Cemail Bakındıya, "Türk Metal" Sendikasının sədri Pervul Kavlaka, "Hak-İş" Konfederasiyasının sədri Mahmud Arslana, Memur Sendikaları Konfederasiyasının sədri Ali Yalçına başsağlığı teleqramları göndərib. 

Unikal.org-un məlumatına görə, teleqramlarda deyilir:

"Qardaş Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı hadisələri böyük narahatlıq və üzüntü ilə qarşıladıq. Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalq və dövlətiı kimi, onun bir hissəsi olan Həmkarlar İttifaqları da Türkiyənin Konstitusyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pislədiyini bəyan edir. İnanırıq ki, xalqın və dövlətin birliyi görülən tədbirlər nəticəsində ölkədə vəziyyəti qısa zamanda sabitləşdirəcək və əvvəlki məcrasına qaytaracaq.
Əziz qardaşlarım, dövlət çevrilişinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ailələrinə və yaxınlarına Azərbaycan Həmkarlar İttifaqları üzvləri və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.