Nurçuların lideri Fətullah Güləni Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın əleyhinə danışdıran ANS-in Azərbaycan ərazisində yayımından imtina edilib.

Unikal.org "Qafqazinfoya istinadən məlumatına görə, bu barədə yaxın dəqiqələrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qərar qəbul olunub. Belə ki, bu hadisəyə səbəb ANS televiziyasının bu gün səhərdən etibarən Fətullah Güləndən aldığı müsahibəni anons etməsi və Antiərdoğan çıxışlarını təbliğ etməsi olub.

"Qafqazinfo xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə dövlət çevrilişinə cəhddən sonra ilk dövlət başçısı kimi hadisəyə münasibət bildirib, bu hadisəni terror, dövlət çevrilişinə cəhd kimi qiymətləndirib və bütün vasitələrlə qardaş türk xalqının və dövlətinin yanında olduğunu ifadə edib. Məhz bu fonda ANS-in Antitürkiyə təbliğatının qarşısının alınması gözlənilən idi. Bu, Azərbaycan dövlətinin və prezidentİlham Əliyevin mövqeyidir.

****

ANS Televizyasının yayımı dayandırılıb. Bu barədə APA-ya ANS-dən məlumat daxil olub.
Məlumata görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə hakimiyyəti əleyhinə olan müsahibəsinin yayımına mane olmaqdır.
Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib.
Qeyd edək ki, bu gün ANS TV ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons yayıb.

Azərbaycanda ANS-in yayımından imtina edildi  -  Şok qərar