Qoç- yaxınlarınızla ünsiyyətdə çox diqqətli və ehtiyatlı olun. Ağzınızdan çıxan sözlərə nəzarət edin, sərt iradlardan çəkinin. Mübahisədən qaça bilərsiniz, amma çox zəhmət çəkməli olacaqsınız. Axşam güclü yorğunluq, boşluq hiss edə bilərsiniz. Yuxulamaqda da çətinliyiniz ola bilər.
Buğa- bu gün sadəcə olaraq, bəxtiniz gətirmir. İşdə və evdə ciddi fikir ayrılıqları yarana bilər. Siz isə ətrafınızdakıların sizdən gözlədikləri yumşaqlığı göstərmək niyyətində deyilsiniz. Başqalarının problemlərini həll etmək, sizin ucbatınızdan yaranmayan münaqişələri yoluna qoymaq da sizin öhdənizdədir.
Əkizlər- şəraiti yaxşılığa doğru dəyişməyə çalışdıqca daha çox çətinlik yaranır. Maliyyə itkiləri mümkündür, xərclərinizi azaldın. Pullarınıza, dəyərli əşyalara diqqət edin, nəyisə itirə bilərsiniz. Avtomobillə uzun səfərə çıxmaq məsləhət deyil.
Xərçəng- xeyli xırda problem yığılıb qalıb. Hər biri də diqqət tələb edir. Amma ən pisi bu deyil. İş burasındadır ki, siz bu gün həmişəkindən daha çox emosiyalara qapılırsınız. Hətta onlar sizə hakim kəsiləndə qarşısını almağa cəhd də etmirsiniz. Sağlam düşüncənin yeri görünür, necə deyərlər.
Şir- səhhətiniz pisləşə bilər, özünüzü gözləyin. Eksperimentlər üçün yaxşı gün deyil, orqanizminizi gücə salmayın. Profilaktiki sağlamlaşdırıcı tədbirlər isə səmərəli olar.
Qız- çox uğurlu gündür. Uzun müddət üzərində düşündüyünüz planları bu gün gerçəkləşdirə bilərsiniz. İşgüzar görüşlər əla keçir. Heç romantik görüşlər də onlardan geri qalmır.
Tərəzi- bu gün həyatınızı kökündən dəyişə bilərsiniz. Öz hisslərinizi çəkinmədən izhar edin, qarşı cinsin nümayəndələrilə ünsiyyətdə təşəbbüskar olun. Köçmək, tikintiyə başlamaq, yaxud ev təmir etmək də məsləhətlidir.
Əqrəb- ilk qələbələrinizi artıq günün birinci yarısı qazanacaqsınız. Əldə etdiyinizlə kifayətlənməyin. Siz düzgün istiqamət seçmisiniz, odur ki, şübhələri unudun, xırdalıqlara vaxt sərf etməyin. Zəhmətsevərlik, gördüyünüz işə maraq və intizam sizə rəqiblərinizi üstələmək üçün şərait yaradacaq.
Oxatan- karyera pillələri ilə qalxmaq şansınız da var. Şəxsi həyatınızda da hər şey əladır. Gözlənilməz etiraflar eşitmək, hətta nikah təklifi almağınız da mümkündür.
Oğlaq- uğurlu gündür. Emosional cəhətdən coşqulu, gümrahsınız, əhval-ruhiyyəniz əladır. Vacib görüşlər əla keçir. Rəhbərliklə karyerada irəliləməyinizi, maaşın artmasını müzakirə edə bilərsiniz. Yaxud da özünüzə daha yaxşı, daha gəlirli iş axtarın. Sizə həddən artıq maraqlı təkliflər gələcək.
Dolça- öz daxili məninizlə sülh bağlamısınız, ilk növbədə emosiyalarla deyil, sağlam düşüncə ilə hərəkət edir, bu səbəbdən də səhv buraxmırsınız. Yeni layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət deyil, nəyi yaxşı bacarırsınızsa, onu da edin.
Balıqlar- bu günü çox sakit keçirəcəksiniz. Həm özünüz həyəcanlanmamağa çalışırsınız, həm də bunun üçün elə bir ciddi səbəb də olmayacaq. Səliqə, detallara güclü diqqət tələb edən analitik işlərlə məşğul ola bilərsiniz.