ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Türkiyədə nəzərdə tutulan görüşü təxirə salınıb.
Unikal.org "Ria Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik bildirib: "Hazırda görüşün tarixini nəzərdən keçiririk.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında həmsədrlərin Ankarada aparılan danışqlarla bağlı Türkiyə tərəfini məlumatlandıracağı bildirmişdi.