ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Türkiyədə nəzərdə tutulan görüşü təxirə salınıb.
Unikal.org-un "RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik bildirib: "Hazırda görüşün tarixini nəzərdən keçiririk.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında həmsədrlərin münaqişənin həlli ilə bağlı aparılan danışıqlar barədə Türkiyə tərəfini məlumatlandıracağını bildirmişdi.