Azərbaycan NATO üçün çox mühüm və yüksək dəyər verilən tərəfdaşdır.
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Azərbaycandakı rezident əlaqələndiricisiKristian Çiobanubu gün NATO-nun Varşava sammitinin yekunlarına həsr olunmuş dəyirmi masada deyib.
Səfir bildirib ki, NATO ilə Azərbaycan arasında əlaqələr ötən illərdə güclü inkişaf edib. NATO ilə Azərbaycan bir sıra sahələrdə səmərəli əməkdaşlıq edir.
K.Çiobanu əlavə edib ki, Azərbaycan təkcə NATO-nun Əfqanıstanda həyata keçirdiyi antiterror əməliyyatına deyil, eyni zamanda Kosovada həyata keçirilən əməliyyatlara dəstəyini göstərib.
K.Çiobanu NATO ilə Azərbaycan arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Səfir həmçinin Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan danışıb. O qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
K.Çiobanu, həmçinin Azərbaycan ilə Rumıniya arasında əlaqələrdən danışıb. O qeyd edib ki, Azərbaycan ilə Rumıniya arasında əlaqələr ötən 5 il ərzində xeyli inkişaf edib. Səfirin sözlərinə görə, iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri bu əlaqələrin inkişafına təkan verir.