"Vəkillər kollegiyasının sədri Azər Tağıyev 1990-cı ildən bəri mənimlə vuruşur, çalışır ki, məni vəkillər kollegiyasından uzaqlaşdırsın, amma alınmır.
Bu fikirləri Unikal.org-a tanınmış vəkil Şəfiqə Nağıyeva Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, haqqında çoxlu sayda şikayətlərin olması xəbəri tamamilə yalandır:
"Saytlarda yazıblar ki, guya mənim haqqımda çoxlu şikayətlər var. Tamamilə yalandır. Bir vətəndaşı aldadıb mənə qarşı şantaj vasitəsi kimi istifadə edirlər. Mən həmin insanın işini aparmışam, köməklik etmişəm. Məhkəmə xeyrimizə qətnamə çıxarıb. Bu işdə çox əziyyət çəkmişəm. Gəlib deyib ki, fəhlə ailəsiyəm, ödəniş etməyə imkanım yoxdur, keçmişəm. Həmin insan yenidən yanıma gəlib və deyib ki, onun ev məsələsini həll etməliyəm. Mən də ona müqaviləyə əsasən ödəniş etməli olduğunu bildirdim. Yenə də pul ödəmədi. Bu işə baş qoşmadım. Bu adam köməkçimin yanında məni hədəli və çıxıb getdi.
Ş.Naıyevanın sözlərinə görə, bundan sonra onu Nərimnov prokurorluğuna çağırıblar: "4-5 gün keçəndən sonra məni Nərimanov Rayon prokurorluğuna çağırdılar. Baxdım ki, həmin adam məndən ərizə yazıb, surətini də vəkillər kollegiyasına göndərib. Birinci vəkillər kollegiyasına gedib, orada onu öyrədiblər ki, ərizə yazsın. Prokurorluğa bu adamın xeyrinə çıxan məhkəmə qətnaməsini və digər sənədləri apardım. Onun ərizəsini prokurorluq rədd etdi.
Bu məsələ 6 ay bundan qabaq baş verib. Vəkillər Kollegiyası 6 aydır bu işi saxlayır. Əslində vətəndaşa 1 ay müddətində cavab verməlidir. Azər Tağıyev bu adamdan məni işdən uzaqlaşdlırmaq üçün istifadə edir. Yenidən bunu prokurorluğa göndərir. Bir də qeyd edirlər ki, guya vətəndaşlar məndən şikayət edir. Tamamilə yalandır. Bundan əlavə yazırlar ki, guya mən iclasları saymıram, iştirak etmirəm. Efirlərə çıxdım bir az tanındım, bunu Azər Tağıyev qəbul edə bilmir. Hər şey edirlər ki, məni gözdən salsınlar, kollegiyadan uzaqlaşdırsınlar. Hazırda əlimdə xəstəlik sənədim var. Ürəyimdən statisonar müalicə alıram, işə,proseslərə gedə bilmirəm. Müalicəm bitsin, sənədləri əldə edib məhkəməyə müraciət edəcəyəm. İndi Azərbaycan vəkillərinə vəkil lazımdır ki, onları müdafiə etsin.
Azər Tağıyev çox savadlı, peşəkar, ədalətli vəkilləri kollegiyadan uzaqlaşdırdı. Çünki burada yalnız ona yaxın adamlar olmalıdır.
H.Babayev