Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.


Tərəflər Bakıda keçiriləcək Rusiya-Azərbaycan-İran formatı üzrə yüksək səviyyəli görüşə hazırlıq, habelə ikitərəfli münasibətlərin bir sıra aspektlərini müzakirə ediblər.