Dünən, saat 07:30 radələrində Göygöl1 saylı Kliniki Tibbi Mərkəzin "Hepatitsən diaqnozu qoyduqları xəstə sadəcə qapızdan zəhərlənibmiş.
Unikal.org bildirir ki, Azxeber.com-a müraciət edən Cəfərov Rza adlı vətəndaş başına gələnlərlə bağlı danışıb. O iyulun 15-i axşam saatlarında zəhərlənmə adı ilə təcili 1 saylı Kliniki Tibbi Mərkəzə gətirildiyini və bir gecə xəstəxanada qaldığını deyir:
"Bir gecə qaldıqdan sonra həkim mənə yoluxucu infenksion xəstəliyin daşıcısı olduğumu söylədi. Analizlərimin nəticəsinə görə məndə kəskin "Hepatit C virisunun aşkarlandığını və təcili xəstəxanada qalmalı olduğum bildirildi.
27 yaşlı gəncin sözlərinə görə, o iki gün davam edən narahatçılıqdan sonra ailəsinin təkidi ilə müxtəlif özəl klinikalarda analizlər verib. Analizlərin nəticəsi isə 1 saylı Kliniki Tibbi Mərkəzdən tam fərqlənib:
"Bir neçə özəl klinikada verdiyim analizlərin nəticəsi eyni çıxdı. Sən demə məndə "Hepatitlə bağlı heç bir element yoxmuş. Sadəcə qarpızdan zəhərlənmişəm və bir az da qara ciyərimdə yüngül dəyişiklik gedib. Amma bunun mənə deyilən xəstəliklə əlaqəsi belə yoxmuş.
C.Rza məhkəməyə müraciət edəcəyini və onun iki gün ərzində stress çəkməsinə səbəb olanların cəzalandırılması üçün əlindən gələcəyini söyləyir:
"Mənə və ailəmə yaşatdıqlarını qanun qarşısında cavab verəcəklər. Mənim ailəmdə xəstə insanlar var və bu məlumat onların ölümü ilə nəticələnə bilərdi. Məhkəməyə müraciət edib o həkimlərin cəzalandırılması üçün əlimdən gələni edəcəm.
Qeyd edək ki, son günlər ölkə səhiyyəsində biabırçı olaylarla bağlı çoxlu sayda xəbərlər dərc olunub. Ən son sol ayağının kəsilməsi barədə diaqnoz qoyulan xəstənin sağ ayağını kəsilmişdi və bu xəbər dünya mətbuatında da geniş səs-küyə səbəb olmuşdu.