"Şərəf ordenli Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin pedaqoqu və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynov Milli Mətbuatın yaranması günü ilə bağlı jurnalistləri təbrik edib.
Unikal.org bildirir ki, O, Mətbuat Günündə AzNews.az-a danışaraq jurnalistlərə arzularını dilə gətirib: "Mətbuat nümayəndələrini təbrik edirəm. Arzu edirəm ki, jurnalistlər öz peşəsinin sahibi olsun, həqiqəti olduğu kimi, düzgün yazsın. Qələmi ilə xalqa kömək eləsin, dövlətimiz möhkəmlənsin, nüfuzumuz artsın. Həqiqəti yazanlar üçün bundan böyük arzu ola bilməz. Azərbaycan Avropanın ən yaxşı həyat şəraiti olan dövlətlərinin siyahısına düşmək istiqamətində çalışır. Bu cəmiyyət bizimdir. Kimsə istəməməklə deyil ki. Bundan yaxşı cəmiyyət ola bilməz. Sovet respublikaları var, kim bizdən yaxşı yaşayır? Kim bizdən irəlidədir? Olana qane olmaq, təkmilləşdirmək lazımdır.
"Mətbuat günündə jurnalistə hədiyyə nə olar bilər sualına əməkdar jurnalistin cavabı belə oldu: "Abbas Səhhət Mirzə Ələkbər Sabir öləndən bir il sonra "Hophopnaməni çap elədi. Orada yazdı ki, Sabir öz zəhmətinin mükafatını öz vicdanından aldı. Mən də bundan çıxış edərək deyirəm ki, insanın öz vicdanından aldığı mükafatı heç bir peyğəmbər, heç bir padşah, heç bir prezident verə bilməz.