Arqument.az saytının baş redaktoru Şəmşad Ağa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.
Unikal.org xəbər verir ki, bu barədə Şəmşad Ağa məlumat verib.
Onun sözlərinə görə, BMCMİ-in müstəntiqi Hacı Əfəndiyev zəng edərək onu saat 15:00-da idarəyə çağırıb. Şəmşad Ağa bildirib ki, ona idarəyə çağırılmasının səbəbi deyilməyib.