QOÇ - Ötən günlərdən fərqli olaraq bu ərəfədə vəziyyət sizin xeyrinizə olacaq. Bir şərtlə ki, çıxardığınız qərarlar reallıqdan doğsun. Saat 15-18 arası yeni əlaqələrə başlamağa dəyər.
BUÄžA - Narahatçılığınıza heç bir əsas yoxdur. İştirakçısı olduğunuz situasiyaların gərginliyinə baxmayaraq, Göy qübbəsi sizə maraqlı məqamlar və mənəvi dayaq bəxş edəcək.
ƏKİZLƏR - İyul ayının ən uğurlu təqvimini yaşayacağınız güman olunur. Qarşılıqlı münasibətlərin tənzimlənməsində, həmçinin gələcək perspektivlərin nizamlanmasında uğurlarınız ola bilər.
XƏRÇƏNG - İşgüzarlığınızı artırmaqla qarşınıza qoyduğunuz məqsədlərə asanlıqla nail ola bilərsiniz. Bu səbəbdən də istirahətinizi hələlik təxirə salmalısınız. Risk etməkdən qorxmayın.
ŞİR - Bu gündən hakim olan Günəş sizə füsunkar məqamlar bəxş edəcək. Az qala bütün proseslərdən zövq alacaqsınız. Uzaq səfərə çıxmaq, dənizə getmək sıxıntılarınızı xeyli səngidəcək.
QIZ - Yeni tanışlıqlar yolunuzu gözləyir. Xüsusən də günün birinci yarısında nüfuzlu adamlarla ünsiyyət yaradacağınız mümkündür. Nahardan sonra isə münaqişəyə cəlb oluna bilərsiniz.
TƏRƏZİ - İxtiyarınızda olan bu təqvimdə qismən qanqaraldıcı mənzərənin iştirakçısı ola bilərsiniz. Təmkinli olsanız, bu xoşagəlməzlik dəf olunacaq. Cibiniz boş deyilsə, səfərə çıxın.
ƏQRƏB - Bu füsunkar gündə üzərinizə düşən başlıca vəzifə daxili sabitliyinizi qorumaqdan ibarət olmalıdır. Xarakterinizə xas olan çılğınlıqdan uzaqlaşın. Büdcənizi sağa-sola səpməyin.
OXATAN - Şəxsi büdcənizi artırmaq üçün bu təqvimdən maksimum yararlanmalısınız. Eyni zamanda o qədər də ilıq olmayan sevgi münasibətlərinə diqqət ayırmağı da unutmamalısınız.
OÄžLAQ - Əgər səfərə çıxsanız, hansısa ürəkaçan hadisənin olacağını düşünməyin. Bunun qarşısını almaq üçün evdə daha çox oturmalısınız. Axşama yaxınsa sevindirici xəbər eşidəcəksiniz.
SUTÖKƏN - Astroloji göstəricilər bu təqvimdə sizə bir qədər gərginlik vəd edir. Bunu nəzərə alıb ciddi işlərinizi təxirə salın. Nəzərə alın ki, bu gərginliyin ömrü qısadır. Riskdən qaçın.
BALIQLAR - Maliyyə problemlərinizin artmasından qorxmayın. Çünki pul gəldi-gedərdir. Əsas diqqətinizi sağlıq durumunuza yönəldin. Bu təqvimdə taleyinizdə dönüş yaratmaq üçün şansınız olacaq.